İspaniya parçalanır: Katalonlar müstəqillik elan edir (VİDEO, FOTO)

İspaniya parçalanır: Katalonlar müstəqillik elan edir (VİDEO, FOTO)
Video
Siyasət 3351
İspaniyada Kataloniyanın müstəqilliiyi ilə bağlı referendumun keçirilməsi barədə qərarın verilməsi ölkə gündəmini alt-üst edib. BAKU.WS-in məlumatına görə, bunun əleyhinə olan ispanlar paytaxt Madriddə, Mayor meydanında Kataloniyada keçirilən müstəqillik haqqında referendumun əleyhinə nümayiş keçirib. Nümayişdə ən azı 500 nəfər iştirak edir. Aksiya iştirakçıları "İspaniya vahiddir, heç vaxt parçalanmayacaq", "Kataloniya İspaniyadır", "Kataloniya hakimiyyətinə ölkə konstitusiyasını pozmağa imkan vermək olmaz" kimi şüarlar səsləndirib. Katalonlar da referendum dəstək aksiyası keçirib. İspaniya polisi zor tətbiq edərək aksiyanı dağıdıb. Buna baxmayaraq referendum baş tutub. Kataloniya lideri Carles Puigdemont deyir ki, zorakılığa məruz qalan mübahisəli referendum nəticəsində İspaniyanın regionu dövlət müstəqilliyi hüququ qazanıb. Onun sözlərinə görə, birtərəfli qaydada müstəqillik elan edilməsi üçün qapı açılıb. Kataloniya rəsmiləri bildirib ki, bazar günü səs verənlərin 90 faizi müstəqilliyi dəstəkləyib. "Barselona"nın ulduz futbolçuları Jerar Pike, Karles Puyol Kataloniyanın müstəqillyinin lehinə səs verib.İspaniya hökuməti referendumu qeyri-qanuni hesab edib, polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün tədbirlər görüb. Polislə toqquşmalarda 844 nəfər etirazçı, 33 polis xəsarət alıb. BAKU.WS

Oxşar xəbərlər

İraq Kürdüstanında səsvermə başa çatıb

İraq Kürdüstanında səsvermə başa çatıb

İraq Kürdüstanında müstəqillik referendumu ilə əlaqədar səsvermə başa çatıb.Bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.Səsvermədə iştirak etmək üçün 5,2...

2832 Siyasət 22:33 25 sentyabr 2017

Son xəbərlər