VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

BAKU.WS-in məlumatına görə, görüşdə dini ekstremizm və terrorçuluqla mübarizə məsələləri müzakirə olunub, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığa nəzər yetirilib.

Məsləhətləşmələrin yekununa dair fikirlərini açıqlayan N. Patruşev bildirib ki, Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev isə beynəlxalq informasiya təhlükəsizliyi sahəsindəki vəziyyətdən narahatlığını ifadə edib. O qeyd edib ki, bəzi ölkələr informasiya sahəsində dünyaya öz maraqlarına uyğun oyun qaydalarını yeritməyə çalışır: “Bu üzdən də dünya birliyinin səylərini informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində münaqişələrin qarşısının alınmasına, digər ölkələrin daxili işlərinə qarışmamasına yönəltmək lazımdır”.

BAKU.WS