VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"ATƏT-in Minsk qrupunun həmsədrləri bu ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək niyyətindədir".
 
BAKU.WS-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik söyləyib. O bildirib ki, görüşün təşkili ilə bağlı detallar İrəvan və Bakıya səfərlərinin gedişatı zamanı müzakirə ediləcək.

"Mənim bildiyim qədəri ilə Ermənistanda dekabrın əvvəlində referendum keçiriləcək. Buna görə də prezidentlərin görüşü referendumdan sonra, ilin sonuna kimi təşkil edilə bilər", - deyə Uorlik qeyd edib.
 
Onun sözlərinə görə, prezidentlərin görüşünə qədər diplomatlarla danışıqları intensivləşdirmək lazımdır: "Bu, komissiya və ya işçi qrupu səviyyəsində ola bilər. Həmsədrlər də bu danışıqlarda nəticə əldə olunmasına kömək göstərməyə hazırdır".