30 ildən sonra Şuşada ilk konsert - TAM VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin Şuşada hərbçilər üçün təşkil etdiyi ilk konsert proqramının videogörüntüləri paylaşılıb.
BAKU.WS xəbər verir ki, konsert proqramında Azərbaycanın tanınmış sənətçiləri iştirak edib.
Əvvəlcə xanəndələr Mirələm Mirələmov və Təyyar Bayramov Şuşa məscidinin minarələrindən azan səsləndiriblər.
30 ildən sonra ilk dəfə Şuşada, Cıdır düzündə “Bayatı-şiraz” dəstgahı oxunub. Konsert bir sıra mahnıların ifa olunması ilə davam edib.
Qeyd edək ki, dekabrın 23-də DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq-mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.
Oxşar xəbərlər
DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının açılışı oldu - VİDEO
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə Dövlət Təhlükəsizliyi X...