3 uşaq anası yatağında güllələnmiş vəziyyətdə tapıldı

3 uşaq anası yatağında güllələnmiş vəziyyətdə tapıldı
Siyasət 153

Türkiyədə 3 uşaq anası olan 33 yaşlı qadın yaşadığı evdə silahla vurulmuş vəziyyətdə tapılıb.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Malatyanın Darende mahalının Ayvalı məhəlləsində baş verib.

Ailə yaxınları 3 uşaq anası Aslı P.-ni otağında hərəkətsiz vəziyyətdə taparaq polisə xəbər veriblər.

Daha sonra əraziyə təcili yardım çağırılıb.

Xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, gənc qadının əri S.P. nəzarətə götürülüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər