VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İran Hərbi Dəniz Qüvvələrinə məxsus Xəzər dəniz donanmasının üç hərbi gəmisi Bakıya gələcək.

BAKU.WS
-in Report-a istinadən verdiyi məlumata görə, bu barədə İranın "Fars" agentliyinə müsahibəsində eskadra komandiri kapitan Əhməd Rıza Baqiri məlumat verib.

Onun sözlərinə görə, səfər əvvəlcədən planlaşdırılıb.

"Mehr" agentliyi yazır ki, səfər dostluq xarakteri daşıyacaq. Eskadra Bakı limanına bu gün səfər edəcəyi Rusiyanın Həştərxan vilayətindən yollanacaq. Səfər iki həftə davam edəcək.

"İran HHQ-nin gəmiləri - "Damavand" esminesi, həmçinin iki raket kateri "Cuşan" və "Peykan" bu gün Rusiyanın Həştərxan limanına yola düşüb. "Damavand", "Cuşan" və "Peykan" İranın şimalındakı Bəndər-Ənzəli şəhərindən yola düzəlib", - deyə məlumatda bildirilir.

"Həştərxana daxil olduqdan sonra eskadra Bakı limanına dostluq səfərinə yollanacaq və iki həftə sonra geri qayıdacaq", - deyə eskadra komandiri bildirib.

 

Ziya Səccad
BAKU.WS