SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın apellyasiya şikayətinə baxılıb.
 
BAKU.WS-in məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayılın anket məlumatları dəqiqləşdirilib. Daha sonra Xədicə İsmayılın vəkili Fəxrəddin Mehdiyev müdafiə etdiyi şəxsin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin qismən istintaqla aparılması ilə bağlı vəsatətlər verib. Məhkəmə vəsatətləri əsassız hesab edib. Məhkəmənin baxış iclası oktyabrın 29-na təyin edilib.

Xatırladaq ki Baş Prokurorluğun yaydığı məlumata görə, "Azadlıq Radiosu” və "Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, "Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib. Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Xədicə İsmayıl 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Müdafiə tərəfi hökmlə razılaşmayaraq, apellyasiya şikayəti verib.
 
Ayşən Ayxan 
BAKU.WS