"Qarabağda iri miqyaslı müharibə haqqında danışmaq hələ tezdir. Bununla belə münaqişənin həlli təkcə Rusiyanın əlində deyil".
 
BAKU.WS-in məlumatına görə, bunu Qafqaz üzrə ekspert, "Qara bağ" kitabının müəllifi Tomas de Vaal deyib. O bildirib ki, Ermənistan sülhə aparan güzəştlərə getməyə hazır deyil. Ekspertin fikrincə, xüsusilə Ermənistan, milləti bir bayraq altında birləşdirmək üçün "Qarabağ kartı"ndan istifadə edir.

"Rusiya bu təhlükəli vəziyyəti formalaşdırmağa çalışır. Bütovlükdə, Moskvada Qarabağ məsələsindən Ermənistan və Azərbaycan üzərində siyasi təziyq üçün istifadə edir. Rusiya bununla da Cənubi Qafqazda müharibə ocağını saxlamağa çalışır. ATƏT-in Minsk qrupu isə münaqişənin nizama salınmasında ciddi addımlar atmır. Rusiya və Qərb arasında fikir ayrılıqları da sülh prosesini zəiflədir. Rusiyanın regionda özünü daha çox imperiya kimi aparır".
 
De Vaalanın sözlərinə görə, Moskva öz iradəsini ölkələr üzərində diktə edə bilmir. Xüsusilə, Qarabağ kimi həyati əhəmiyyətli məsələdə: "Azərbaycan və Ermənistana silah satan Rusiya 1994-cü ildə nail olunmuş sülhün stabilliyini pozur. Təmas xəttindəki son vəziyyət onu göstərir ki, gərginlik yeni kiçik müharibəyə gətirib çıxaracaq. Rusiyanın hazırki, siyasəti bu prosesin qarşısını almaq əvəzinə, münaqişəni daha da mürəkkəbləşdirir", - deyə jurnalist bildirib. 
 
ŞAHİN Həbibov 
BAKU.WS