SİZİN REKLAM BURADA!
055 213 76 73


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək qonaqlara bu gündən etibarən vahid onlayn rezervasiya sistemindən yararlanmağa imkan yaradılıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova agentlik tərəfindən COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, rezervasiya sistemi əvvəlki COP tədbirlərində tərəfdaş olan beynəlxalq şirkət tərəfindən hazırlanıb:

"Hazırda sistemə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən 100-dən çox ulduz təsnifatlı hotellər, bir sıra yerləşmə kompleksləri daxildir. Yerləşmə obyektlərinə qiymətlərin təyin olmasında sahibkarlar müstəqil qərar veriblər".

Qeyd edək ki, vahid onlayn rezervasiya sistemi bu gün saat 17:00-da işlək vəziyyətdə olacaq.

BAKU.WS