227 kiloluq nəhəng tuna balığı hərracda 800 min dollara satılıb - FOTO/VİDEO

227 kiloluq nəhəng tuna balığı hərracda 800 min dollara satılıb - FOTO/VİDEO
Video
Siyasət 7

Tokionun ən böyük balıq bazarında keçirilən hərracda 227 kiloqram ağırlığında mavi üzgəcli orkinos (ton balığı və ya uzinüzgəc tunes) 800 min dollara satılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, nəhəng ton balığı dəniz məhsulları topdansatışçısı “Yamayuki” və suşi şəbəkəsi “Onodera Group” tərəfindən alınıb.

227 kiloluq nəhəng tuna balığı hərracda 800 min dollara satılıb - FOTO/VİDEO

“Yamayuki” və “Onodera Group” artıq dördüncü ildir ki, bazarda olan ən bahalı balığı alırlar. Aomori sahillərində tutulan nəhəng tuna balığının növbəti dayanacağı Yaponiyanın dəbdəbəli Ginza rayonundakı Michelin ulduzlu suşi restoranı olacaq.

Təxminən dörddə bir ton ağırlığında olan mavi üzgəcli orkinosun astronomik qiyməti rekord qırmayıb. Belə ki, bu, 1999-cu ildə rekordlar başlayandan bəri 4-cü ən yüksək satışdır.

Lakin, COVID-19 pandemiyası başlanğıcından bəri Toyosu Balıq Bazarında ödənilən ən yüksək qiymət olub.

Son xəbərlər