Birinci Qarabağ müharibəsində itkin şəxslərdən 253 nəfəri Ermənistanda saxlanılıb
“Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərdən 872 nəfərin əsir götürülməsi bizə məlum idi”.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının brifinqində İşçi qrupun rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, bunu hadisə şahidlərinin, əsirlikdən qayıdan vətəndaşların məlumatı təsdiq edir.
“Səhv etmirəmsə, onlardan 253 nəfəri Ermənistanda saxlanılırmış. Birinci Qarabağ müharibəsindən sonra beynəlxalq təşkilatlar vasitəsilə onların taleyi ilə bağlı məlumat tələb etmişik.
Ermənistan tərəfinin aidiyyəti qurumu ilə bununla bağlı işləməyə hazırıq”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...