Yükdaşıma şirkəti aylardır əməkhaqqıları ödəmir? - İşçilərdən ŞİKAYƏT
Baku TV-nin qaynar xəttinə daxil olan kütləvi müraciətdə vətəndaşlar bildiriblər ki, "188" yükdaşıma şirkətində çalışan işçilərə artıq aylardır əməkhaqqı ödənilmir.
Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, hələ də konkret nəticə əldə olunmayıb.
"Mən "188" yükdaşıma şirkətində dörd-beş aya yaxın işlədim. Orada maaşlar verilmirdi. Məcbur olub işdən çıxdıq. Altı sürücüyük, altımız da eyni şəkildə işdən çıxmışıq. Pulumuzu almaq üçün müraciət edirik, telefonlara cavab verilmir", - şikayətçilərdən biri söyləyib.
Yaranmış vəziyyətlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, yalnız vətəndaş Xaspolad Pənah oğlu Bulatov tərəfindən əmək hüquqlarının pozulması barədə 10 mart 2026-cı il tarixində Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət daxil olub:
"Araşdırma çərçivəsində müraciətdə qeyd olunan halların dəqiqləşdirilməsi məqsədilə işəgötürəndən vətəndaşa aid müvafiq sənədlərin təqdim edilməsi tələb olunub. Müəssisə tərəfindən müvafiq sənədlər təqdim edildikdən sonra müraciətə baxılacaq və nəticə barədə vətəndaşa məlumat veriləcək", - məlumatda bildirilib.
Qeyd edək ki, müəssisə tərəfindən tələb olunan məlumat və sənədlər təqdim edilmədiyi təqdirdə işəgötürən qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaq".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə qeyd edilib ki, hazırda sözügedən məsələ ilə bağlı işçilərin müraciətləri əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən hüquqi tədbir görüləcək.
Oxşar xəbərlər
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub. BAKU.WS ATV-yə istinadən xəbər verir...