Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib, medallarla təltif olunublar - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Bu barədə President.az xəbər verir.
Sərəncamla Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru, Ədliyyə Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq Baş İdarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilir.
Həmçinin, dövlət başçısının digər sərəncamı ilə ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilirlər:
Abasova Könül Əlisəfər qızı
Abbasov Nazim İsa oğlu
Abışov Vüqar İdris oğlu
Ağayev Rüfət Salman oğluEyvazov Xəyal Astan oğlu
Həsənli Rəşad İsmayıl oğlu
Həsənov Zaur Rauf oğlu
Hüseynov Rəşad Tofiq oğlu
Qəhrəmanov Vüqar İmambala oğlu
Mehralıyev Azər Umudvar oğlu
Sabitova Aynur Zakir qızı.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. BAKU.WS...
