SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla İtaliya xarici işlər nazirinin müavini Edmondo Siriellinin görüşünün bəzi təfərrüatı açıqlanıb.

İtaliya mətbuatının məlumatına görə, Farnezina iqamətgahında keçirilən görüşdə tərəflər Cənubi Qafqazdakı vəziyyəti, Ermənistanla Azərbaycan arasında danışıqların perspektivlərini müzakirə ediblər.

Sirielli İtaliyanın hər iki ölkənin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq, dayanıqlı sülh üçün praqmatik dialoqa ehtiyacın olduğunu deyib.

Roma ilə Bakı arasında qüvvədə olan strateji tərəfdaşlıq və sıx səfər mübadiləsi ilə təsdiqlənən ikitərəfli münasibətlərin mükəmməl səviyyəsindən məmnunluğunu ifadə edən nazir müavini Azərbaycan və Ermənistanın qarşılıqlı maraqlarına uyğun olaraq sülh yolu ilə irəliləməyə ölkəsinin dəstək verdiyini ifadə edib.

BAKU.WS
VİDEO