2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova məlumat verərkən bildirib.
Onun sözlərinə görə, müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə "Ağıllı şəhər" konsepsiyası tətbiq olunacaq.
Qeyd edək ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfəri çərçivəsində Füzuli rayonundadır. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...