Azərbaycanın İsraildəki səfiri: “Dinc əhaliyə qarşı terror hücumlarını pisləyirəm”
“Mən fərq qoymadan raket hücumlarını və dinc əhaliyə qarşı terror hücumlarını pisləyirəm”.
Bu fikirləri Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Minlərlə İsrail vətəndaşı kimi mən və ailəm saatlarla sığınacaqda qalmalıyıq. Dinc əhaliyə qarşı raket hücumlarını və terroru pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması, terrorçular tərəfindən onların pis rəftara, zorakılığa məruz qoyulması məni dəhşətə gətirir.
Bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var”, - səfir sosial şəbəkə hesabına yazıb.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...