Prezidentin vəzifəyə təyin etdiyi Xalid Əhədov kimdir? - DOSYE
Prezident İlham Əliyevin Sərəncamı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.
Sərəncama əsasən, Müşahidə Şurasının sədri Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi təyin olunub. Hazırda isə bu vəzifəni Xalid Əhədov icra edir.
BAKU.WS Oxu.az-a istinadən, Xalid Əhədovun dosyesini təqdim edir:
Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın "Instituto de Empresa" (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb.
1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. "Bank of Baku"da (1999-2012), "Unibank"da (2012-2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin "Atəşgah sığorta"nın Müşahidə Şurasının üzvü, "Millikart" prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub.
2016-cı ildə "AzərTürkBank"ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.
2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir.
27 fevral 2026-cı ildə yeni yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına üzv təyin olunub.
Ailəlidir, üç övladı var. Atası Nurəddin Əhədov keçmiş Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı olub.
Oxşar xəbərlər
Ərdoğan ABŞ və İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasındakı müvəqqəti atəşkəsdən məmnunluğunu bildirib. BAKU.WS xəbər verir ki, o bu barədə "X" sosial media...