Kamran Əliyev: "Ermənistan nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir”

“Təəssüf ki, Ermənistan tərəf bizə nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar bağlı Azərbaycan tərəfindən və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilib.
Ərazilər azad edildikcə məzarlıqların tapılması işləri daha da sürətləndirilir: “Təəssüf ki, Ermənistan tərəf bizə nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir. Verilən məlumatlar həqiqəti əks etdirmir. Dəfələrlə bu məsələ müzakirə olunub.
Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin müəyyən edilməsi, qohumlarına qaytarılması və dəfn prosesi sürətlənib. Ermənistan tərəfi bu məsələdə bizimlə əməkdaşlıq etməsə də, zamanla bu prosesi davam etdiririk".
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...
