Prezident İlham Əliyev italiyalı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu ünvanlayıb.
President.az-ın xəbərinə görə, məktubda deyilir:
“İtaliya Respublikasının keçmiş prezidenti, görkəmli dövlət xadimi Ciorcio Napolitanonun vəfatı xəbəri məni olduqca kədərləndirdi.Ciorcio Napolitanonun Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratla xatırlayıram.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm”.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...
