Qanunsuz rejimin qalıqları Xankəndidə dinc sakinlərin böyük bir qrupunu girov götürüb

Xankəndini tərk etmək istəyən erməniəsilli sakinlərin böyük bir qrupu qanunsuz rejimin tör-töküntüləri tərəfindən girov götürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, Xankəndidə erməniəsilli sakinlər şəhəri tərk edərək Ermənistana getmək istəyirlər. Qonşu ölkədə qohum və tanışları olan insanların oraya gedib suların durulmasını gözləmək istəyi başadüşüləndir. Daxil olan müraciətlər əsasında Azərbaycanın müvafiq qurumları bu məqsədlə lazımi təhlükəsizlik dəhlizi də təşkil ediblər.Ancaq Xankəndidə qalan qanunsuz rejimin tör-töküntülərinin idarə etdiyi erməni silahlı birləşmələri şəhəri tərk etmək istəyən sakinləri girov götürüblər və onlardan canlı sipər kimi istifadə etmək niyyətindədirlər.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...
