2018-də ölkədən qaçmışdı, Binəli Camgöz Türkiyəyə gətirilib
Barəsində bir çox cinayətlərə görə həbs qərarı çıxarılan İzmirdə yaşayan mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Binəli Camgöz Monteneqrodan Türkiyəyə gətirilib.
BAKU.WS xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) «Camgöz Qrupu» kimi tanınan mütəşəkkil cinayətkar qruplaşmanın lideri Dəniz kod adlı Binəli Camgözün Monteneqrodan Türkiyəyə gətirilməsini təmin edib.
Türkiyədə yaralama, yağmalama, iş yerinə zərər vurma və adam öldürmə kimi bir çox cinayətlərə görə axtarışda olan Binəli Camgöz qanunsuz yolla Gürcüstana qaçaraq orada yaratdığı saxta vəsiqə ilə Balkanlara gedib. 2022-ci ilin iyulunda Monteneqroda tutulub. Türkiyənin həbs edilməsini və ekstradisiyasını tələb etdiyi Camgözün ekstradisiyası 2023-cü ilin aprelində Monteneqro məhkəməsi tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Monteneqro və Türkiyə polisinin qeydlərinə görə o, yüksək riskli şəxs sayılır.
Oxşar xəbərlər
"COP29 - İqlim, Planet və Biz" kitabının təqdimatı keçirilib
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "COP29 - İqlim, Planet və Biz...