Prezident İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

10
iyn
2023
11:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu de Souzaya təbrik ünvanlayıb.
BAKU.WS xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim firavanlıq və rifah arzulayıram”.
Oxşar xəbərlər
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları - YENİLƏNİR
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Prezident İlham Əliyevə təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: “Azərbaycanın müstəq...
