Uşağa cəza vermək onu tərbiyələndirir? - Mütəxəssis rəyləri
Uşaq səhv edərkən cəzamı verməliyik, yoxsa sərhədmi qoymalıyıq?
Bu iki anlayış çox vaxt eyni sayılır. Əslində aralarındakı fərq çox böyükdür.
Uşaq tərbiyəsində "cəza" və "sərhəd" anlayışları arasındakı fərqi düzgün anlamaq valideyn davranışının keyfiyyətini müəyyənləşdirir.
Uşaq psixoloqları (məsələn, Jan Piaget, Daniel Siegel, Ross Greene) vurğulayırlar ki, uşağın beyni hələ tam formalaşmadığından, o emosiyalarını idarə etməyi öyrənmə mərhələsindədir.
Cəza bu öyrənmə prosesini pozur, sərhəd isə dəstəkləyir.
Nə etmək lazımdır?
Sakit qalın. Uşaq emosiyanızı deyil, davranışınızı öyrənir.
Davranışı ayırın, uşağı deyil. "Səni pis uşaqsan" yox, "davranışın doğru deyil".
Nəticə yaradın, cəza yox.
Məsələn: "Əgər suyu yerə töksən, birlikdə təmizləyəcəyik."
Davamlı olun. Qaydalar sabit olanda uşaq özünü güvəndə hiss edir.
Əvvəl sevgi, sonra qayda. Uşaq sevildiyini hiss etdikdə qaydalara daha rahat əməl edir.
Albert Eynşteyn isə deyirdi: "Uşaqları məcbur etməklə yox, maraq oyadaraq öyrətmək olar".
Bəs yerli mütəxəssislər nə düşünür?
Mövzu ilə əlaqədar psixopedoqoq Aysel Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib ki, cəza uşağın etdiyi davranışa görə acı verən nəticə ilə qarşılaşmasıdır.
"Bu zaman uşaq qoru ilə idarə edilir. Cəzalanan uşaq özünü sorğulayır. Mən pisəm?
Uşaq bu zaman davranışını düzəltmir sadəcə tutulmamağa çalışır. Sərhəd qoyulan uşaqa layır kidünya qaydasız deyil və o bu qaydaların içində güvəndədir. Burada davranış hədəf olmaıdır uşağın şəxsiyəti yox.
Cəza ani sakitlikdir, sərhədsə uzun müddət davranışı çərçivədə saxlayır. Valideyinlər bəzən sərhəd qoymağı zəyiflik bilir amma deyil.
Sərhəd şuuraltı valideyinlikdir. Əziz valideyinlər cəza uşağı qorxudur, sərhəd isə qoruyurz. Cəza susdurur sərhəd isə öyrədir. Uşağa lazım olan alan qorxu yox sevgidir", - deyə mütəxəssis vurğulayıb.
Nervpotoloq, həkim Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, uşağa cəza vermək doğru sayılmır:
"Uşaq nevroloqu olaraq qeyd etmək istəyirəm ki, uşaqların davranışları beyin inkişafı ilə birbaşa əlaqəlidir. Kiçik yaşlarda beyin özünüidarə və impuls nəzarətini tam formalaşdıra bilmir, buna görə səhvlər qaçılmazdır.
Cəza uşağın stres səviyyəsini artıraraq öyrənməni çətinləşdirir. Aydın və ardıcıl sərhədlər isə beynin təhlükəsizlik hissini gücləndirir və davranışın tənzimlənməsinə kömək edir.
Sərhəd qoyulan mühitdə uşaq özünü daha güvənli hiss edir və məsuliyyət bacarıqları sağlam şəkildə inkişaf edir. Bu səbəbdən nevroloji baxımdan da cəzadan çox sərhəd qoymaq tövsiyə olunur".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Valideynləri qorxudan nədir? - Uşaqlara qoyulan diaqnozlar...
Nevroloq, psixoloq və ya loqoped tərəfindən yazılan diaqnostik qeydlər valideynlərdə çox vaxt narahatlıq və qorxu yaradır. Qeydlərdə yer alan terminlər və qısa...