19 güllə yarası alaraq şəhid olan prokurorluq əməkdaşı
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Şəhər Prokurorluğunun əməkdaşı Əlizadə Yüksəl İlqar oğlu Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Yüksəl Əlizadə 1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı, mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb.
O, 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.
2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Borcundan çıxa bilməyəcəyimiz qəhrəmanlara SOCAR-dan dəstək - FOTO
Sentyabrın 27-də əks-hücum həmlələri ilə başlayan II Qarabağ müharibəsi hər zaman bir olan Azərbaycan xalqını bir az da birləşdirdi. Daim yardımsevər və qonaqse...