VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 31-də Bolqarıstan Respublikasının Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası öz işinə başlayıb.

Bu barədə BAKU.WS-ə XİN-dən bildirilib.

Qeyd edilib ki, cari ilin 2 iyun tarixinədək davam edəcək sözügedən iclas çərçivəsində 1 iyun 2023-cü il tarixində ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib.

Azərbaycan, 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər nəticəsində, İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib.

Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edirik.

BAKU.WS