SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli jurnalist Nagehan Alçı prezident seçkilərində “Cümhur ittifaqı” namizədi Rəcəb Tayyib Əroğanı dəstəklədiyi üçün "ATA İttifaqı"ndan namizəd Sinan Oğanı hədəf seçib. Demokratik prinsiplərə zidd olaraq Sinan Oğanı pisləmək, mətbuat vasitəsilə aşağılamaq yolunu seçən Nagehan Alçı namizədin seçim etmək hüququna hansısa don geyindirməyi hədəfləyib.

Nəzərə almaq lazımdır ki, Nagehan Alçı Azərbaycan üçün heç də dırnaqarası yad adam deyil. Əslində türkiyəli jurnalist Azərbaycan üçün sözül səl mənasında yad adamdır. Çünki o, 2009-cu ildə Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edib və bununla əlaqədar Azərbaycanda “arzuolunmaz şəxslər” siyahısına düşüb.

Nagehan Alçı Azərbaycanın ayrılmaz və əbədi torpağı olan Qarabağla bağlı keçmiş illərdəki açıqlaması heç də yaddan çıxmayıb. Nagehan Alçı Qarabağ bölgəsinə səfəri zamanı televiziya kanalına açıqlamasında bu sözləri işlədib: “Türkiyə səhv edib. İndi başa düşürəm ki, "Dağlıq Qarabağ" yüz faiz erməni torpağıdır və siz bu torpaqları verməməkdə qərarlısınız”.

Beynəlxalq qanunvericilik, BMT-nin 4 qətnaməsi və dünya ölkələrin aydın mövqeyini kənara atan və işğalçı bir ölkənin tərəfində duran bir jurnalistin bu mövqeyi heç də onun tərəfsiz olmadığını göstərir. Nagehan Alçı Türkiyədə xarici paytaxtlardan qidalanan, amerikalı milyarder Corc Sorosun fondlarından maliyyə dəstəyi alan jurnalist kimi məşhurluq qazanıb.

O, Beynəlxalq Böhran Qrupunun əməkdaşı olub. Türkiyəli jurnalist vaxtı ilə erməni separatizmini dəstəkləmək məqsədi ilə Qarabağa səfər etdiyi üçün  Azərbaycanın “qara siyahısı”nda olan yeganə Türkiyə vətəndaşı olub. Nagehan Alçı bununla da kifayətlənməyərək Türkiyə mətbuatında Azərbaycanı lağa qoymağa cəhd göstərib. Bu şəxs sırf Türkiyə vətəndaşı olduğuna görə adı “qara siyahı”dan çıxarılıb.

BAKU.WS