SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Bakıdakı səfirliyinin konsulluq şöbəsi növbəti iki həftə ərzində xidmətini davam etdirəcək.

Bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.

"Xaricdəki Seçici Reyestrində seçicilərin qeydiyyatı və dəqiqləşdirilmə işləri 20 mart – 2 aprel tarixlərində aparılacaq. Qeyd olunan müddət ərzində seçici qeydiyyatını yeniləmək istəyən vətəndaşlarımız üçün səfirliyin konsulluq şöbəsi bu həftənin sonunda olduğu kimi, növbəti iki həftəsonu (25-26 mart və 1-2 aprel) ərzində də xidmət göstərəcək", - deyə məlumatda qeyd olunub.

Mayın 5-7-də səfirlikdə ölkəmizdə yaşayan Türkiyə vətəndaşları üçün parlament və prezident seçkilərində səsvermə imkanı yaradılacaq.

BAKU.WS