Mehriban Əliyeva göstəriş verdi, təyyarə Türkiyəyə yola düşür - FOTO

Türkiyədə baş vermiş zəlzələdə zərərçəkənlərə dəstək məqsədi ilə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan təyyarə yaxın saatlarda faciə bölgəsinə yola düşəcək.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, təyyarədə 36 ton yardım - müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər və çadırlar zəlzələ qurbanları üçün çatdırılacaq.
Qalereya
Oxşar xəbərlər
Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir
Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fon...