Qanunvericilikdə Qərbi Azərbaycan qaçqınlarının statusuna yenidən baxılması təklif olunub

01
fev
2023
13:00
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərov Milli Məclisin yaz sessiyası üçün İş planına Qərbi Azərbaycan qaçqınlarının statusuna yenidən baxılması məsələsinin daxil edilməsi təklifi ilə çıxış edib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Milli Məclisin yaz sessiyası çərçivəsində bu gün keçirilən ilk iclasda çıxış edən Əziz Ələkbərov deyib ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna edilən dəyişikliklər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına da öz töhfəsini vermiş olacaq.
Oxşar xəbərlər
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının TAM MƏTNİ
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının tam mətni açıqlanıb. Həmin konsepsiyanı təqdim edirik: 1. Giriş 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təs...