SİZİN REKLAM BURADA!
055 213 76 73


“Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir. Bələdiyyə seçkiləri Seçki Məcəlləsindən çıxarılmalı, ayrı qanunvericilik şəklində təqdim edilməlidir”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edib.

O bildirib ki, bələdiyyə sədri olmaq istəyənlərin topladığı sənədlər prezidentliyə namizədlərin toplaması lazım olan sənədlərlə eynidir:

“Bələdiyyə seçkiləri ümumölkə səviyyəsində yox regional səviyyədə keçirilməlidir. Başqa ölkələrin praktikasında bu təcrübə var”.

O, həmçinin bələdiyyə üzvlərinin sayının azaldılmasını da təklif edib.

“Kim kimin dostu və ya tanışıdırsa hansısa qurumun regionlarda kiçik mərkəzini yaradırlar. Hesab edirəm ki, bu məsələyə də baxılmalıdır”.

BAKU.WS