SİZİN REKLAM BURADA!
055 213 76 73


“Prezident Əbdülfəttah Əs-Sisi tərəfindən aparılan islahatlar Misir dövlətinin imkanlarını böyük dərəcədə gücləndirə bilmişdir. Misir bu gün yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev deyib.

Əldə olunmuş nailiyyətlər münasibətilə Misir Prezidentini səmimiyyətlə təbrik edən dövlətimizin başçısı, həmçinin qeyd edib:

“Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz”.

BAKU.WS