Azərbaycan İsrailə başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrailə bu ölkədə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.
“Yerusəlimin Neve Yaakov məhəlləsindəki Sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - Azərbaycanın xarici siyasət idarəsi başsağlılığda qeyd edib.
Qeyd edək ki, Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.
Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs güllələnib.
Hücum terror aktı kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Ceyhun Bayramov: "Terror hücumunu törədənlər ən sərt şəkildə cəzalandırılmalıdır" - FOTO
"Azərbaycan Respublikasının İrandakı Səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik". BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazir...
