Mirzoyanla Borel Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellə regional məsələləri müzakirə ediblər.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Mirzoyanla Borel Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ətrafında cərəyan edən prosesləri müzakirə ediblər.
Tərəflər Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesinə də toxunublar.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
