Nazir generalı təqaüdə göndərdi - YENİ TƏYİNAT

08
dek
2022
14:18
Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi vəzifəsindən azad edilib.
BAKU.WS Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, general-mayor Valeh Abdullayev idarənin rəisi vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
Nazirin digər əmri ilə FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
