Azərbaycan Cüdo Federasiyasının rəsmisinə EJU-da vəzifə verilib

30
noy
2022
17:20
Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin məsləhətçisi Azər Novruzov Avropa Cüdo Birliyinin (EJU) Marketinq departamentində məsləhətçi kimi fəaliyyətə başlayıb.
ACF-dən BAKU.WS-ə verilən məlumata görə, bununla bağlı müqavilə ona EJU prezidenti Laslo Tot və marketinq direktoru Jaçek Zavadka tərəfindən təqdim edilib.
Qeyd edək ki, Azər Novruzov 2011-2013 və 2016-2017-ci illərdə ACF-də idman meneceri vəzifəsində çalışıb.
O, daha əvvəl Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatlarında Təşkilat Komitəsinin üzvü olub.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...