165 gündən sonra nəşi tapılan şəhid Ordubadda dəfn edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
BAKU.WS APA TV-ə istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü şəhid İntiqam Allahverdi oğlu Abdullayevin nəşi 165 gündən sonra Murovdağ istiqamətində tapılıb.
Leytenant Abdullayev İntiqam Ordubad rayonunun Düylün kəndindəndir. Bu gün səhər saatlarında onun cənazəsi Bakıdan Ordubada aparılıb və kənd qəbristanlığında dəfn olunub.
Qeyd edək ki, İntiqam Abdullayev Vətən Müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşdə iştirak edib. 4 oktyabr 2020-ci ildən sonra ondan xəbər almaq mümkün olmayıb. Martın 16-da onun şəhid olması dəqiqləşib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...