SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

H.Akarı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı ordu generalı Musa Avsevər, Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Atilla Gülanla və başqa yüksək rütbəli zabitlər müşayiət edir.

H.Akarı hava limanında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.

“Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi Cənubi Qafqazda daimi sülh və sabitlik üçün tarixi fürsət yaradıb”, - deyə Hulusi Akar bildirib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq “tək millət, iki dövlət” şüarı ilə ən ali səviyyədə davam edəcək.

BAKU.WS
QALEREYA