SİZİN REKLAM BURADA!
055 213 76 73


"Türk Dövlətləri Təşkilatı (TDT) və bütün türk xalqları qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin hörmət və ehtiramla yad edir".

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Bağdad Amreyev bəyanatında deyilir.

“27 sentyabr - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin Anım Günüdür. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun yazdığı tarix Azərbaycanın inkişafı və çiçəklənməsi üçün möhkəm təməl, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsində mühüm amildir", - bəyanatda deyilir.

Xatırladaq ki, bu gün Vətən müharibəsinin başlamasından iki il ötür. 2020-ci ilin sentyabrın 27-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

Bu gün Azərbaycanda Vətən Müharibəsində həlak olmuş şəhidlərin Anım Günü kimi qeyd olunur.

BAKU.WS