Azərbaycanda aksizli mallarla bağlı vergi nəzarəti təmin ediləcək

Azərbaycanda aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarəti təmin ediləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsinin aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlandığı qeyd olunub.
Bunun da öz növbəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınmasında və son nəticədə istehlakçıların hüquqlarının qorunmasında mühüm rola malik olacağı müzakirə edilib.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. BAKU.WS "report"a istinadən xəbər , dekabrın 20-də keçiləcək toplantını...