Mətin Eynullayev aparat rəhbəri vəzifəsini LƏĞV ETDİ

21
sen
2022
16:04
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində struktur dəyişikliyi olub.
BAKU.WS unikal-a istinadən xəbər verir ki, bununla bağlı Xidmətin rəisi Mətin Eynullayev əmr imzalayıb.
Əmrə əsasən, Dövlət Xidmətində aparat rəhbəri vəzifəsi ləğv edilib.
Qeyd edək ki, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Aparat rəhbəri vəzifəsini Şahin Bağırov icra edirdi. 2022-ci ilin 18 iyul tarixində isə Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, DGK-nın sədri vəzifəsini müvəqqəti icra edən təyin edilib.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...
