Müdafiə Nazirliyi: "Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır"

Müdafiə Nazirliyi: Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır
Siyasət 521

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Belə ki, qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.

Son xəbərlər