Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili Azərbaycanın Londondakı səfirliyinə qarşı törədilmiş təxribatla əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-in “Aktual.ge” xəbər portalına açıqlamasında bildirilib. Qeyd olunub ki, İlia Darçiaşvili söhbət zamanı ölkəsinin Azərbaycana tam dəstəyini vurğulayıb.
"Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bu gün azərbaycanlı həmkarı ilə telefonla danışıb və avqustun 4-də baş vermiş hadisəyə görə tam dəstək və həmrəylik ifadə edib",- deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Bayramov və Darçiaşvili birgə mətbuat konfransı keçiriblər – YENİLƏNİB 2 - VİDEO
Bu gün Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb. Azərbaycan XİN-dən BAKU.WS-ə bildirilib ki,...
