SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, general-mayor ali hərbi rütbəsi alan Canpolad Alı oğlu Daanov DİN-in Polis Akademiyasının rəisidir. 

O, 1981-ci ildə Balakən şəhərində anadan olub.

2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə həmin fakültənin magistraturasını fərqlənmə diplomları ilə bitirib.

DİO-da xidmətə 2004-cü ildə DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasında müəllim kimi başlayıb.

2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini, 2019-cu ilin avqust ayından 2020-ci ilin 19 noyabr tarixinədək DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2020-ci il tarixli 2298 nömrəli Sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.

İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01.07.2010-cu il tarixli 988 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ali hərbi rütbəyə layiq görülən Namiq Zirəddin oğlu Həsənov DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisidir.

General-mayor rütbəsi alan Vüqar Hidayət oğlu Ələkbərov və Sərdar Süleyman oğlu Səfərovun hər ikisi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinləridir.

BAKU.WS