"Mənim məqsədim iki ölkənin iqtisadi, mədəni, siyasi və sosial əlaqələrini yenidən canlandırmaqdan, onları daha sıx və uzunmüddətli etməkdən ibarətdir".

BAKU.WS xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib:

"Bu gün burada sizin qarşınızda çıxış etməkdən şərəf hissi duyuram. Böyük məmnuniyyətlə Prezident İlham Əliyevlə Azərbaycan – Litva biznes forumunun açılışında iştirak edirəm. Bu gün əvvəlcə hər iki ölkə üçün vacib olan müxtəlif mövzular ətrafında Prezidentlə apardığım səmimi söhbətdən çox razıyam. Azərbaycanın işgüzar və siyasi dairələrini səmimi qəlbdən salamlayıram.

Biz çox müstəsna məkanda görüşürük. Ümid edirəm ki, bu təkrarolunmaz və memarlıq baxımından xüsusi mədəniyyət Mərkəzi iki dövlətin – Azərbaycanın və Litvanın işgüzar dairələrini hamının rifahı naminə bir-birinə daha yaxın edəcək. Sələfimin - Litva Prezidentinin Azərbaycana son səfərindən on il keçir".

BAKU.WS