14 yaşlı qız sevgilisinə görə 38 yaşlı anasını öldürtdü - FOTO

03
apr
2023
11:38
Rusiyada hər kəsi şoka salan cinayət baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 14 yaşlı qız pulla iki qatil tutaraq anası Anastasia Milosskayanı öldürtdürüb.
38 yaşlı qadının cəsədi Moskvanın mərkəzi küçələrindən birindəki zibil qabında tapılıb. Araşdırmalar zamanı cinayətkarların Anastasianı əvvəl döydüyü, daha sonra isə boğaraq öldürdüyü məlum olub.
Qətlin sifarişçisinin qadının öz qızı olduğu ortaya çıxdıqda isə hər kəs şoka düşüb.
14 yaşlı qız qatillərə anasını öldürsünlər deyə 3 min 650 sterlinq (təxminən 7 619 AZN) ödəyib.

Oxşar xəbərlər
Ərəb şeyxindən qaçan şahzadə Haya ərindən 554 milyon funt-sterlinq alacaq - FOTO
Dubay əmiri Məhəmməd Əl-Maktumun keçmiş həyat yoldaşı şahzadə Haya ondan boşandıqdan sonra təxminən 554 milyon funt sterlinq alacaq. BAKU.WS "oxu.az"a istinadən...
