"14 fevralda heç vaxt kimisə təbrik etməmişəm" - Deputat
Yeniliklərdən dərhal xəbərdar olun
"Mən bilmirəm 14 fevral nə günüdür. 14 fevralda heç vaxt kimisə təbrik etməmişəm”.
BAKU.WS xəbər verir ki, bu sözləri azxəbər.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas "14 Fevral” gününə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, bizdə sevgililər günü 30 iyunda olmalıdır:
"İndi bunu dünya qəbul edir, biz də buna qoşulmuşuq. Yadımdadır, İlham və Fərizənin toyu olduğu günün, yəni 30 iyunun sevgililər günü olması üçün Əvəz Zeynallı bir kampaniya başlatmışdı. Amma, təəssüf ki, ona dəstək olan olmadı. Bizdə sevgililər günü elə həmin gün olmalıdır, ona dəstək olmadıq. Biz 30 iyunda bir neçə dəfə gedib onların qəbrinin üzərinə gül qoymuşuq. Amma bilirəm ki, gün gələcək, o gün sevgililər günü olacaq. İndi nə sevgililər günü?"
Deputat deyib ki, bu gün heç kimi təbrik etməyib:
"Valentin günüdür, nədir, billmirəm vallah. Mən bu günü kimisə təbrik etmirəm, etməmişəm, bu gündən sonra da bilmirəm edəcəm, yoxsa yox”.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...