138 saat sonra xilas edilən qadın: "Nə olar, məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Hatay vilayətində zəlzələnin 138-ci saatında 51 yaşlı Əminə Doğu və 19 yaşlı oğlu Bəkir Doğu xilas edilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altından çıxarılan qadının sözləri hər kəsi duyğulandırıb.
Belə ki, qadın onu tibbi yardıma təhvil verən xilasedicilərə, "Nə olar, məni özəl xəstəxanaya aparmayın. Pulum yoxdur", - deyib.
Doğuya tibbi müdaxilə edən Tekirdağ sağlamlıq qrupunun tibb mütəxəssisi Orhan Eroğlu isə, “Sən cənnətliksən. Məni özəl xəstəxanaya aparma deyir, pulum yoxdur deyir. Sənə qurban olaram. Bütün özəl xəstəxanaları sənə qurban edərəm”, - deyə cavab verib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Nəticədə ölənlərin sayı 31 643 nəfərə çatıb.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb - VİDEO - YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb ***22:14 Türkiyədə dağıdıcı zəl...