İlham Əliyevdən Ermənistana: Onlara dəfələrlə demişdim, şərtlərimizi qəbul etməlidirlər

"Quruculuq işləri, həm Qarabağda, həm də Zəngəzurda aparılır".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Qubanın Qonaqkənd qəsəbəsində aparılan yenidənqurma işləri ilə tanışlıq zamanı bildirib.
"Eyni zamanda, bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki, gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır.
Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü", - deyə Azərbaycan prezidenti əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" agentliyinə müsahibəsi - TAM MƏTN - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. BA...