Ermənistan 16 noyabrda verdiyi itkiləri açıqlamağa başladı: 6 hərbçi öldürülüb

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı düşmən tərəfi 6 hərbçisini itirdiyini rəsmən təsdiqləyib.
BAKU.WS xəbər verir ki, bu barədə cümə günü Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Düşmən tərəfinin zərərsizləşdirilən hərbçiləri bunlardır: baş leytenant Taron Saakyan, müqaviləli hərbçilər Merujan Arutyunyan, Qurgen Sarkisyan, Artur Martirosyan, David Amiryan. Daha bir hərbçinin şəxsiyyəti müəyyənləşdirilir.
Ermənistan Müdafiə Nazirliyi həmçinin 12 hərbçisinin Azərbaycan tərəfindən əsir götürüldüyünü də açıqlayıb.
Qeyd edək ki, Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan da məhv edilib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
