ATƏT-in Minsk Qrupunun həmsədrləri (Stefan Viskonti, Endryu Şofer və İqor Kovayev) birgə bəyanat yayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, həmsədrlər Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatlar barədə narahat olduqlarını bildirib, Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 10 noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırıblar.

Bəyanatda həmçinin qeyd olunub ki, problemlər danışıqlar yolu ilə həll edilməlidir.

BAKU.WS